Azərbaycan Ordusu tərəfindən Dağlıq Qarabağa "müstəqillik" tələb edən separatçı rejim nümayəndələri və Ermənistan ordusu ağır məğlubiyyətlər aldığı bir vaxtda indi də, dünyanın supergücü sayılan ABŞ-da "müstəqil erməni Kaliforniya dövləti" yaratmaq eşqinə düşüblər.
Hafta.az Sputnik Armeniya saytına istinadla xəbər verir ki, artıq bu məsələ erməni mətbuatında da geniş şəkildə müzakirə edilir. Bildirilir ki, "Kaliforniya təmiz erməni ştatıdır, amerikalı ermənilər belə deyir. Lakin hər bir zarafatda bir həqiqət var - deyə saytın yazarı Armen Dulyan bildirir".
Onun sözlərinə görə, keçən il bir çox qəb mətbuatı Kaliforniyanın ABŞ-dan ayrılmasının mümkünlüyünü ciddi şəkildə müzakirə edirdi: "Kaliforniya ABŞ-ın ən çox məskunlaşmış ştatıdır. Burada demokratlar daha güclüdür. Ona görə də hər dəfə qələbə qazanırlar. 2017-ci ildə aparılan rəy sorğusuna əsasən 32 faiz kalifoniyalı ABŞ-dan ayrılmağın tərəfdarıdır. Keçən il isə bu göstəici 14 faiz təşkil edib. Bu gün Kaliforniyada 1 milyon erməni yaşayır. Bu ABŞ-dakı ermənilərin 40 faizi deməkdir. Onu da unutmamalıyıq ki, 1983-1991-ci illərdə ştatın qubernatoru əslən erməni olan Corc Dokmecyan idi. Kaliforniyanı bəzən "Amerika Ermənistanı" adlandırırlar. Əgər ştat müstəqillik qazansa, yeni bir erməni dövlətinin - "Amerika Ermənistanı"nın yarandığını elan etmək üçün tam əsas var. Nəzəri cəhətdən bu mümkündür".
Məqalədə daha sonra vurğulanır ki, ştatda hətta Ermənistandan da olan çoxsaylı erməni miqrantlar var. Onlar ümid edirlər ki, əgər Kaliforniya müstəqil olsa dərhal vətəndaşlıq ala biləcəklər. "Deməkli hər şey mümkündür" - deyə Armen Dulyan bildirib.
Göründüyü kimi, xəstə erməni təfəkküü hətta dünyanın ən inkişaf etmiş dövlətində belə separatçılıq meyllərini yaymaq baxımından ən təhlkəli tendensiyadır. Artıq dünya dövlətləri həqiqəti görməli, erməni təhlükəsinin tək Azərbaycana qaşı yox, onların özlərinə qarşı da ciddi təhdid yaratdğını anlamalıdırlar. Xüsusilə də bu, Minsk Qrupu həmsədrləri olan Rusiya, Fransa və ABŞ-a aiddir. ABŞ üçün təhlükə zəngləri artıq çalmağa başlayıb. Bir müddət sonra ermənilər Rusiyada Krasnodar vilayəti, Fransada isə Marsel üçün "müstəqillik" tələbi irəli sürəcəklər. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə həmin dövlətlərə gözlənilən təhlükə ilə bağlı artıq xəbərdarlıq edib...